ABŞ Kiyevdən Moskvaya zərbə vurmamağı xahiş edib
ABŞ Ukraynadan CIA direktoru Con Retkliffin Moskvada olduğu günlərdə Rusiya paytaxtına zərbələr endirməməsini istəyib. Crossmedia.az xəbər verir ki, bu barədə ˝Axios˝ məlumat yayıb.
Məlumata görə, ABŞ Kiyevi Moskvaya səfər edən yüksək səviyyəli nümayəndə heyəti barədə əvvəlcədən məlumatlandırıb və nümayəndə heyəti şəhəri tərk edənədək hərbi zərbələrin dayandırılmasını istəyib.
Retkliffin Moskvaya səfəri çərçivəsində Rusiya rəsmiləri ilə görüşlər keçirdiyi bildirilir. Görüşlərin kimlərlə keçirildiyi və gündəliyi açıqlanmayıb
19:38 25.08.2026
Oxunuş sayı: 41