Medvedev Finlandiya prezidentini sərt tənqid edib
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Finlandiya Prezidenti Aleksandr Stubb haqqında sərt ifadələr işlədib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Medvedev Finlandiya prezidentini Rusiyaya qarşı zərbələr və Wildberries marketpleysi ilə bağlı açıqlamalarına görə tənqid edib. O, Stubbun Rusiyanın məğlubiyyəti barədə danışdığını bildirib və onun peşəkar hazırlığını olduqca aşağı qiymətləndirib.
“Onu Finlandiyanın xarici işlər naziri işlədiyi dövrdən yaxşı xatırlayıram. Heç nə dəyişməyib. Eyni sima, eyni intellekt”, – deyə Medvedev bildirib.
19:16 25.08.2026
Oxunuş sayı: 37