Səudiyyə Ərəbistanı xarici işçilərlə bağlı sərt qaydalar tətbiq edir
Səudiyyə Ərəbistanında öz hesabına, yəni işəgötürənindən kənar fəaliyyət göstərən xarici işçilər üçün sərt cəzalar nəzərdə tutulub.
Crossmedia.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi və Baş Pasport İdarəsi miqrantların yaşayış, əmək və sərhəd təhlükəsizliyi qaydalarına əməl etməli olduğunu açıqlayıb.
Qaydalara əsasən, öz hesabına işləyən xarici vətəndaşlar 50 min Səudiyyə rialınadək cərimə, 6 ayadək həbs və ölkədən deportasiya ilə üzləşə bilərlər.
Hakimiyyət bu cür fəaliyyəti yaşayış və əmək qanunvericiliyinin, həmçinin sərhəd təhlükəsizliyi qaydalarının pozulması kimi qiymətləndirir.
09:45 25.08.2026
Oxunuş sayı: 49