Kardioloq qan təzyiqinin düzgün ölçülməsi ilə bağlı vacib məqamları açıqlayıb
Qan təzyiqinə ev şəraitində nəzarət ürək-damar xəstəliklərinin profilaktikasında mühüm amillərdən biri hesab olunur.
Crossmedia.az xəbər verir ki, “Medonet.pl” bu barədə məlumat yayıb.
Məqalədə bildirilib ki, ölçülən göstəriciləri düzgün qiymətləndirmək üçün qan təzyiqinin yaşa uyğun qəbul edilən normalarını bilmək vacibdir. Bu, xüsusi diqqət və ya həkim məsləhəti tələb edən halları vaxtında müəyyən etməyə kömək edə bilər. Böyüklər üçün arterial təzyiq göstəriciləri üç səviyyəyə bölünür. Bu təsnifat həkim kabinetində aparılan ölçmələrə aiddir. Ev şəraitində, yəni pasiyentin təzyiqi özü ölçdüyü zaman isə fərqli meyarlar tətbiq olunur.
Məqalədə düzgün ölçmə və nəticələrin doğru qiymətləndirilməsinin sağlamlıqla bağlı mümkün problemlərin vaxtında aşkarlanması baxımından əhəmiyyətli olduğu vurğulanır.
02:30 23.08.2026
Oxunuş sayı: 55