Türkiyədə uçuş zamanı rusiyalı turist öldü
Türkiyədə paraplanla tək uçuş edən rusiyalı turist həyatını itirib.
Crossmedia.az xəbər verir ki, “CNN Türk” bu barədə məlumat yayıb.
Hadisə oktyabrın 7-də yerli vaxtla saat 10:30 radələrində Türkiyənin Fethiye rayonunda baş verib. 37 yaşlı Rusiya vətəndaşı Aleksandr Kişenet 1,9 min metr yüksəklikdə yerləşən Babadağdakı uçuş meydançasından paraplanla havaya qalxıb.
Uçuşa başladıqdan qısa müddət sonra turist qayalıq əraziyə düşüb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Qeyd edək ki, sentyabr ayında Çindən olan turist də Türkiyədə paraplanla uçuş zamanı həyatını itirib. Qadını müşayiət edən təlimçinin də cansız bədəni aşkarlanıb.
19:10 07.10.2026
Oxunuş sayı: 55