Azərbaycanlıların ən çox istifadə etdiyi sosial platformalar açıqlanıb
Azərbaycanda sosial media platformalarının reytinqi açıqlanıb.
Crossmedia.az xəbər verir ki, sosial media platformalarının Azərbaycandakı istifadə payları ilə bağlı göstəricilər açıqlanıb.
Reytinqdə “Facebook” 37,26 faiz göstərici ilə ilk sırada qərarlaşıb. “YouTube” 21,56 faizlə ikinci, “Instagram” 12,32 faizlə üçüncü olub.
“X” platforması 11,02 faizlə dördüncü, “LinkedIn” isə 7,69 faizlə beşinci yerdə qərarlaşıb.
Aylıq dəyişikliklərə görə ən böyük artım “Facebook” platformasında, ən ciddi azalma isə “YouTube”da qeydə alınıb.
19:56 07.10.2026
Oxunuş sayı: 52