Vuçiç Rusiyanın yanğın dəstəyinə xüsusi təşəkkür edib
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədəki meşə yanğınlarının söndürülməsinə kömək üçün xüsusi İl-76 yanğınsöndürmə təyyarəsi göndərən Rusiyaya təşəkkür edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Vuçiç bildirib ki, Rusiya FHN-ə məxsus təyyarə yanğın zonalarına ümumilikdə 200 tondan çox su atıb. Onun sözlərinə görə, 21 ton su birbaşa alov ocağına düşüb və nəticədə 50 tikili yanğından xilas edilib.
Serb lideri qeyd edib ki, rus pilotun fəaliyyəti yanğının yayılmasının qarşısının alınmasına mühüm töhfə verib. Rusiya İl-76 təyyarəsi Serbiyada, xüsusilə Deliblat qumluğundakı yanğınların söndürülməsi üçün istifadə olunur.
22:45 20.08.2026
Oxunuş sayı: 60