Zaxarovadan etiraf: Rusiya Ukraynanın Azərbaycanla yaxınlaşmasından narahatdır
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan və Azərbaycanın Ukrayna ilə münasibətlərinin yaxınlaşması məsələsinə münasibət bildirib.
Crossmedia.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Zaxarova Ukrayna Prezidenti Volodimir Zelenskinin Bakı ilə əlaqələrin gücləndirilməsinin vacibliyi və İrəvanla təmasların uzun müddətdən sonra ilk dəfə bərpa olunması barədə açıqlamalarını şərh edib.
“Vətəndaşlarımız, Kiyev rejiminin terror hücumlarının sözün əsl mənasında hədəfi olan insanlar sual verirlər: necə olur ki, müttəfiq, tərəfdaş və dost hesab etdiyimiz ölkələrin rəsmi nümayəndələri, dövlət qulluqçuları və siyasi xadimləri bütün bunları görmürlər?” – deyə Zaxarova bildirib.
21:25 20.08.2026
Oxunuş sayı: 47