Almaniyada təlim keçən yüzlərlə ukraynalı hərbçi qaçıb
Almaniyada təlim keçən bir neçə yüz ukraynalı hərbçi hərbi təlimlərdən qaçıb.
Crossmedia.az “Die Zeit” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, yalnız Saksoniya-Anhalt federal torpağında 2022-ci ildən etibarən 80-dən çox ukraynalı hərbçi təlim poliqonunu tərk edib. Almaniya üzrə isə bu cür halların sayının bir neçə yüz olduğu bildirilir.
Ukrayna qanunvericiliyinə əsasən, həmin şəxslər dezertir hesab olunur. Onları ölkələrində 12 ilədək həbs cəzası gözləyə bilər.
20:16 20.08.2026
Oxunuş sayı: 49