Günəşdə güclü partlayış baş verib
Günəşdə avqust ayının əvvəlindən etibarən ən güclü alışma qeydə alınıb.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının məlumatına görə, partlayışın gücü ən yüksək X sinfinə yaxınlaşıb.
Mütəxəssislər bildiriblər ki, bu cür güclü Günəş aktivliyi kosmik hava şəraitinə təsir göstərə bilər.
18:54 20.08.2026
Oxunuş sayı: 62