Danimarkanın Qrenlandiya planı: Hərbi imkanlar genişləndirilir
Danimarka Arktikadakı hərbi mövcudluğunu gücləndirmək məqsədilə ilk çağırışçı qrupunu Qrenlandiyaya göndərib.
Crossmedia.az xəbər verir ki, Danimarka Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Qeyd edək ki, 2026-cı ildən Danimarkada yeni, 11 aylıq hərbi xidmət proqramı tətbiq olunur. Avqustun 3-də ölkə üzrə təxminən 1 600 gənc bu proqram çərçivəsində hərbi xidmətə başlayıb.
Danimarka son dövrdə Arktika və Qrenlandiyada müşahidə və müdafiə imkanlarını da genişləndirir. Ölkənin Müdafiə Komandanlığı Qrenlandiya və Arktikadakı maraqların monitorinqi üçün yeni uzunmənzilli pilotsuz uçuş aparatları imkanlarının yaradıldığını açıqlayıb.
12:02 20.08.2026
Oxunuş sayı: 54