İsveçrə Rusiyaya viza verilməsini sərtləşdirdi
İsveçrənin Moskvadakı diplomatik nümayəndəliyi Rusiya vətəndaşlarına viza verilməsi qaydalarını sərtləşdirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Bern şəhərindəki səfiri Sergey Harmonin TASS-a açıqlamasında bildirib.
Diplomatın sözlərinə görə, son aylarda Rusiya vətəndaşları İsveçrə diplomatik nümayəndəliyinin viza siyasətində sərtləşmə ilə üzləşiblər.
O qeyd edib ki, çoxgirişli vizaların alınması artıq nadir haldır və demək olar ki, mümkün deyil. Əksər hallarda vizalar yalnız səfərin tarixlərinə uyğun olaraq birdəfəlik verilir və İsveçrədə yaşayan yaxın qohumların dəvəti tələb olunur.
Harmonin bildirib ki, viza məsələsində yaranan çətinliklər nəinki davam edir, hətta daha da ağırlaşır.
Onun sözlərinə görə, problemlər Rusiya diplomatlarına da təsir edir. Buraya İsveçrədəki Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarının Şengen zonasına daxil olan digər ölkələrə səfərləri zamanı yaranan çətinliklər də daxildir.
10:43 20.08.2026
Oxunuş sayı: 48