Avrasiya Reytinq Agentliyinin nümayəndəliyi Ermənistanda fəaliyyətə başlayıb
Avrasiya Reytinq Agentliyinin (ERA) nümayəndəliyi Ermənistanda fəaliyyətə başlayıb.
Crossmedia.az ˝Sputnik Armenia˝-ya istinadən xəbər verir.
Agentliyin mətbuat xidmətindən bildirilib ki, nümayəndəlik Yerevanda altı aydan çox davam edən təşkilati işlərdən sonra açılıb. Bu proses Ermənistan Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
ERA Direktorlar Şurasının sədri Andrey Belyaninov bildirib ki, Ermənistanda fəaliyyətə başlanması agentliyə fəaliyyət coğrafiyasını genişləndirməyə və region ölkələrinin investisiya potensialını qiymətləndirmək imkanlarını artırmağa kömək edəcək.
Agentliyin Ermənistandakı nümayəndəsi vəzifəsinə iş adamı və ictimai xadim Armen Xaçatryan təyin olunub.
21:54 19.08.2026
Oxunuş sayı: 50