Qazaxıstan Prezidenti sabiq liderin xüsusi hüququnu ləğv etdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2020–2030-cu illər üçün ölkənin Xarici Siyasət Konsepsiyasına dəyişikliklər edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Yeni dəyişikliklərə əsasən, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin xarici siyasət məsələləri ilə bağlı təşəbbüslərlə xalqa müraciət etmək üçün ömürlük hüququ sənəddən çıxarılıb.
Bundan əlavə, konsepsiyanın ölkənin inkişafının yeni mərhələsində Birinci Prezident – Elbası N.A. Nazarbayevin xarici siyasət kursunun davamlılığı adlı əsas prinsipindən Nazarbayevin soyadı və Elbası (millətin lideri) titulu da çıxarılıb.
19:54 19.08.2026
Oxunuş sayı: 46