Netanyahu ABŞ-nin BCM əməkdaşlarına sanksiya tətbiqini alqışladı
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) əməkdaşlarına qarşı sanksiya tətbiq etməsini müsbət qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, Benyamin Netanyahu bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Netanyahu BCM-ni tənqid edərək məhkəmənin beynəlxalq hüquq dili ilə hakimiyyətdən sui-istifadəni ört-basdır edən və ədalət prinsiplərinə xələl gətirən “psevdoməhkəməyə” çevrildiyini bildirib.
Qeyd edək ki, ABŞ daha əvvəl BCM-nin sədri Tomoko Akane və qurumun yüksək rütbəli hüquqşünaslarından biri Abdullaye Seye qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.
14:57 19.08.2026
Oxunuş sayı: 60