Rusiya ordusu Vodyanoye kəndini işğal edib
Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Dobropolye şəhərinin cənubunda yerləşən Vodyanoye yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, yaşayış məntəqəsinin nəzarətə götürülməsi hərbi əməliyyatlar çərçivəsində baş verib.
Məlumat Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır və hadisə ilə bağlı qarşı tərəfin mövqeyi təqdim edilməyib.
13:56 19.08.2026
Oxunuş sayı: 47