CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

04:00 21.06.2025

İsraildən xəbərdarlıq: Evinizdəki kameraları söndürün, İran izləyir

401

İranın İsraildəki şəxsi təhlükəsizlik kameralarını kəşfiyyat məqsədilə istifadə etdiyi iddia olunur. İddialara görə, İran bu kameraları ələ keçirərək ballistik raket hücumlarında hədəflərin müəyyən olunmasında istifadə edir. Crossmedia.az xəbər verir ki, İsrailin Milli Kibertəhlükəsizlik İdarəsinin keçmiş sədr müavini Rafael Franko vətəndaşlara “kameraları söndürün və ya şifrələrini dəyişdirin” çağırışı edib. İsrail Kibermüdafiə İdarəsi isə bu kameraların hərbi məqsədlərlə istifadə olunduğunu təsdiqləyib. Sosial şəbəkələrdə yayılan bəzi görüntülərin də bu kameralar vasitəsilə qeydə alındığı bildirilir. 7 oktyabr 2023-cü il hücumundan əvvəl HƏMAS-ın da bənzər formada kamera görüntülərindən istifadə etdiyi xatırladılıb. Digər ölkələrdə də oxşar hallar müşahidə olunub. Ukrayna 2022-ci ildə kameraları yasaqlayıb, ABŞ isə Çin istehsalı təhlükəsizlik sistemlərinə qadağa tətbiq edib. Sektor mütəxəssisləri isə ucuz və zəif qorunan sistemlərin ciddi təhlükə yaratdığını bildirirlər. BitSight Technologies-in məlumatına görə, təkcə ABŞ-də 14 min, İsraildə isə 66 min kamera zəif parollarla və açıq bağlantı ilə fəaliyyət göstərir. Mütəxəssislər xəbərdarlıq edirlər: “Bir kamera təkcə sizi deyil, ətraf infrastrukturu və hətta hərbi obyektləri də izləyə bilər”. Mədinə Cəlilova

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR