İran ABŞ-ə qarşı yeni hədəflərlə bağlı xəbərdarlıq edib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin yeni hücumu olacağı təqdirdə daha əvvəl vurulmayan yeni hədəflərə zərbələr endiriləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, SEPAH sözçüsü Hüseyn Möhəbbinin açıqlamalarını “Tasnim” agentliyi yayıb.
Möhəbbi bildirib ki, yeni hücum baş verərsə, İranın müdafiə və əks-hücum əməliyyatlarında ciddi dəyişikliklər olacaq. Onun sözlərinə görə, münaqişənin coğrafiyası dəyişdirilə, yeni imkanlara malik silahlardan istifadə oluna və daha əvvəl hücuma məruz qalmayan hədəflər vurula bilər.
SEPAH sözçüsü İranın uzunmüddətli müharibəyə hazır olduğunu da bildirib. O, yeni silah və imkanların döyüş meydanına gətiriləcəyini və bunun dünyanı təəccübləndirəcəyini deyib.
Möhəbbi həmçinin İranın hədəflərinin əvvəlkilərlə məhdudlaşmayacağını və artıq hücuma məruz qalmayan yeni hədəflərin müəyyən edildiyini açıqlayıb.
18:09 21.09.2026
Oxunuş sayı: 47