Ukraynalı deputat rusdilliləri “xain” adlandırıb
Ukrayna Ali Radasının Söz azadlığı komitəsinin sədri Yaroslav Yurçişin rusdilli ukraynalılarla bağlı sərt açıqlama verib.
Crossmedia.az xəbər verir ki, “Lviv Media”ya müsahibəsində Yurçişin rusdilli ukraynalı anlayışını qəbul etmədiyini bildirib.
Deputatın sözlərinə görə, ya Rusiya vətəndaşları var, ya da Rusiyanın mədəni təsir dairəsinə keçərək onun ifadəsi ilə “xainə çevrilmiş” ukraynalılar.
Yurçişin həmçinin müharibə dövründə Ukraynada rus dili ilə bağlı məhdudiyyətlərin davam etdirilməsinin və Ukrayna dilinin inkişafının vacibliyini müdafiə edib.
18:48 21.09.2026
Oxunuş sayı: 47