CNN, Politico və MS NOW Trampı məhkəməyə verir
CNN, Politico və MS NOW telekanalı Ağ Evə girişlərinin məhdudlaşdırılmasına görə ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı məhkəməyə müraciət edir.
Crossmedia.az xəbər verir ki, bu barədə üç media qurumu birgə açıqlama yayıb.
Media qurumları jurnalistlərinin Ağ Evə girişinə qoyulan qadağanın ABŞ Konstitusiyasının Birinci Düzəlişi ilə qorunan mətbuat azadlığını pozduğunu bildirirlər. Onlar akkreditasiyaların və müxbirlərin Ağ Evə giriş imkanlarının bərpa olunmasını tələb edirlər.
Qurumların açıqlamasına görə, jurnalistlərin akkreditasiyaları əvvəlcədən xəbərdarlıq edilmədən ləğv edilib. Onlar hökumətin media orqanlarının hansı məlumatları yayımlamasına müdaxilə etməməli olduğunu vurğulayıblar.
Tramp isə daha əvvəl sözügedən media qurumlarını tənqid edib və onları “saxta xəbər” yaymaqda ittiham edərək Ağ Evə girişlərini qadağan edib. Məhkəmə iddiasında media qurumları həmçinin jurnalistlərin hüquqlarının pozulduğunu əsas gətirirlər.
18:28 21.09.2026
Oxunuş sayı: 49