Trampdan 2028-ci il prezident seçkiləri ilə bağlı gözlənilməz açıqlama — Bu şəxslər...
ABŞ Prezidenti Donald Tramp 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd ola biləcək şəxslərin adlarını çəkib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Lenta.ru” nəşri məlumat yayıb.
Məlumata görə, noyabrın 20-də Ağ Evdə keçirilən mətbuat konfransında Tramp vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionu mümkün siyasi varisləri kimi diqqət mərkəzinə gətirib.
Təxminən 90 dəqiqə davam edən tədbirdə hər iki siyasətçiyə çıxış etmək və administrasiyanın fəaliyyətini müdafiə etmək imkanı yaradılıb. Jurnalistlərdən biri Trampdan Venslə Rubiodan hansının daha yaxşı prezident ola biləcəyini soruşsa da, o, konkret cavab verməyib.
Mətbuat konfransının sonunda Tramp Ağ Evin aparat rəhbəri Stiven Milleri də kürsüyə dəvət edib. Miller prezidentin fəaliyyətini tərifləyərək son iki ildə əldə olunan nailiyyətlərdən danışıb.
Onun çıxışından sonra Tramp zarafatla Millərin Vens və Rubiodan daha yaxşı danışdığını bildirərək ona prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub.
Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək. Tramp Konstitusiyaya əsasən üçüncü dəfə prezident seçilə bilməz. Vens və Rubio isə Respublikaçılar Partiyasının gələcək namizədləri sırasında adı çəkilən əsas siyasətçilərdəndir.
22:30 21.11.2026
Oxunuş sayı: 36