Paşinyan: Rusiya ilə münasibətlər əvvəlki kimi olmayacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərin qaçılmaz olaraq dəyişəcəyini və əvvəlki formatda qalmayacağını bildirib.
Crossmedia.az xəbər verir ki, Paşinyan bu barədə “Boon TV”yə müsahibəsində danışıb.
Paşinyanın sözlərinə görə, münasibətlərdəki dəyişiklik konkret şəxslə və ya siyasi qüvvə ilə bağlı deyil. O bildirib ki, kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Ermənistan-Rusiya münasibətləri əvvəlki kimi olmayacaq.
Ermənistan hökumətinin başçısı dəyişiklikləri regionda yaranmış yeni vəziyyətlə əlaqələndirib. Onun sözlərinə görə, münaqişə şəraitində Rusiya ilə münasibətlər bir məna daşıyırdısa, sülh şəraitində bu münasibətlər başqa məzmun kəsb edir.
Paşinyan eyni zamanda Ermənistanın Rusiya ilə əlaqələri kəsmək niyyətində olmadığını, yeni şəraitdə münasibətlərin inkişaf etdirilməsini istədiyini bildirib. Sentyabrın əvvəlində Vladimir Putinlə görüşündə də Paşinyan Rusiya ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını söyləmişdi.
18:38 21.09.2026
Oxunuş sayı: 47