Almaniyanın sürətli silahlanması qonşu ölkələrdə narahatlıq yaradıb
Almaniyanın hərbi imkanlarını sürətlə artırması Avropanın bəzi ölkələrində narahatlığa səbəb olub.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” Almaniyanın müdafiə sahəsinə böyük həcmdə vəsait ayırmasının Avropadakı güc balansına təsir göstərə biləcəyi ilə bağlı narahatlıqların artdığını yazıb.
Nəşrin məlumatına görə, Berlin son illərdə hərbi xərclərini əhəmiyyətli dərəcədə artırıb və müdafiə sahəsinə ayrılan vəsait 500 milyard dolları ötüb. Bu proses xüsusilə Polşa və Fransada müxtəlif narahatlıqlarla müşayiət olunur.
Polşada narahatlıqlar əsasən tarixi ərazi mübahisələri ilə, Fransada isə Almaniyanın müdafiə sənayesində mövqelərinin güclənməsi ilə əlaqələndirilir.
18:59 21.09.2026
Oxunuş sayı: 52