Ukrayna və Polşa ilə bağlı diqqətçəkən iddia
Polşanın “Hüquq və Ədalət” partiyasının lideri Yaroslav Kaçinski Ukraynanın 2022-ci ildə Polşa ilə “vahid dövlət” yaratmaq və ölkəni Rusiya ilə müharibəyə cəlb etmək istədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Kaçinski bu barədə çıxışı zamanı danışıb.
Kaçinskinin sözlərinə görə, Ukrayna 2022-ci ilin əvvəlində Polşanın imkanlarını olduğundan yüksək qiymətləndirə bilərdi. O bildirib ki, Polşa hətta çox döyüşkən ölkə olsaydı belə, faktiki olaraq müharibəyə qoşulmaq üçün real hərbi qüvvələrə malik deyildi.
Kaçinski hesab edir ki, Ukrayna bunu Polşanın Rusiya cəmiyyətində formalaşmış müsbət reputasiyasına görə nəzərə almamış ola bilər. Onun fikrincə, Ukraynanın hesablamalarında Polşanın NATO üzvü olması da mühüm rol oynaya bilərdi.
18:53 21.09.2026
Oxunuş sayı: 45