CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

19:31 21.11.2026

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib

25

Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan və Vyetnam arasındakı əməkdaşlıq yeni sahələrdə iş birliyini özündə ehtiva edir. Crossmedia.az xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnama rəsmi səfəri zamanı qəbul olunmuş "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı"nda öz əksini tapıb. Bəyanatda strateji tərəfdaşlıq üzrə əsas istiqamətlərə xam neft və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünə dair uzunmüddətli müqavilələrin bağlanması, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu istiqamətində əlaqələrin inkişaf etdirilməsi və birbaşa aviareyslərin açılmasının təşviqi daxil edilib. Hər iki dövlət neft-qaz sənayesində münasibətləri dərinləşdirmək, enerji məhsullarının tədarükü istiqamətində birgə fəaliyyəti artırmaq və uzunmüddətli təchizat müqavilələri imzalamaq niyyətindədirlər. Birgə sənəddə həmçinin ticarət və yatırım münasibətlərinin stimullaşdırılması, qarşılıqlı iqtisadi mexanizmlərin effektivliyinin yüksəldilməsi, eləcə də mədən sənayesi və alüminium istehsalı sahələrində əlaqələrin böyüdülməsi nəzərdə tutulur.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər