İstanbulda mebel sexində yanğın baş verib
Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda mebel sexində baş verən yanğın qonşu mağazalara da keçib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə hadisə ilə bağlı yayılan məlumatlarda bildirilib.
Yanğın Akçaburgaz məhəlləsində, 3002-ci küçədə yerləşən mebel sexində hələlik müəyyən edilməyən səbəbdən başlayıb. Alovlar qısa müddətdə sexin yaxınlığındakı digər mağazalara da yayılıb.
Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə polis, təcili tibbi yardım və çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib.
Yanğınsöndürənlərin alovlara müdaxiləsi davam edir. Hadisənin səbəbi və mümkün xəsarət alanlarla bağlı hələlik məlumat açıqlanmayıb.
08:47 13.10.2026
Oxunuş sayı: 51