16:45 19.10.2026
Zelenski: Ukrayna Rusiyaya uduzarsa, 20 milyon insan Avropaya üz tuta bilər
79
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyaya məğlub olacağı təqdirdə 20 milyona qədər ukraynalının Avropaya köçmək məcburiyyətində qala biləcəyini bildirib.Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə Brüsseldə Avropa İttifaqı liderlərinin sammiti çərçivəsində jurnalistlərə açıqlamasında danışıb."Rusiya bizi öldürür”, – deyən Ukrayna lideri ölkə vətəndaşlarının öz yurdlarını tərk etməyə məcbur edildiyini bildirib. O, Rusiyanın müharibəni dayandırmaq niyyətində olmadığını da vurğulayıb.
Rusiyanın genişmiqyaslı işğalının ilk günlərində milyonlarla ukraynalı evlərini tərk edərək Avropa ölkələrinə sığınmışdı. “Eurostat”ın məlumatına görə, hazırda Avropa İttifaqı ölkələrində 4 milyondan çox ukraynalı müvəqqəti müdafiə statusu ilə yaşayır. Onların ən böyük qrupları Almaniya, Polşa və Çexiyada məskunlaşıb.