“Fənərbağça” avrokuboklarda 309-cu oyununa çıxacaq
Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının liqa mərhələsinin növbəti turunda Praqanın “Slaviya” komandası ilə qarşılaşacaq. Bu matç İstanbul təmsilçisinin avrokuboklarda 309-cu oyunu olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Fənərbağça” indiyədək avrokuboklarda keçirdiyi 308 oyunda 122 qələbə qazanıb, 68 heç-heçə edib və 118 dəfə məğlub olub. Komanda bu qarşılaşmalarda 418 qol vurub, qapısında isə 433 qol görüb.
“Fənərbağça” UEFA Çempionlar Liqasında 43-cü matçına çıxacaq. İstanbul klubu əvvəlki 42 oyunda 11 qələbə qazanıb, 7 heç-heçə edib və 24 məğlubiyyətlə üzləşib. Komanda rəqib qapılarına 43 qol vurub, öz qapısından isə 77 top buraxıb.
“Fənərbağça” ilk dəfə 1996–1997-ci illər mövsümündə UEFA Çempionlar Liqasında iştirak edib. Daha sonra komanda 2001–2002, 2004–2005, 2005–2006, 2007–2008 və 2008–2009-cu illər mövsümlərində turnirin qrup mərhələsində mübarizə aparıb.
İstanbul təmsilçisinin turnirdə ən böyük uğuru 2007–2008-ci illər mövsümündə baş tutub. Braziliyalı baş məşqçi Artur Zikonun rəhbərliyi altında komanda 1/4 finala yüksəlib. Həmin mərhələdə “Fənərbağça” İngiltərənin “Çelsi” klubuna məğlub olaraq mübarizəni dayandırıb.
22:00 19.10.2026
Oxunuş sayı: 62