BMT Baş Katibi Ukraynanı Rusiyaya zərbələrə görə qınayır
BMT-nin Baş Katibi Antonio Quterreş Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələr və nəticədə mülki əhali arasında itkilərin artmasından narahatlığını bildirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə BMT Baş Katibinin nümayəndəsi Stefan Düjarrikin açıqlamasına istinadən məlumat yayıb.
Düjarrik bildirib ki, baş katib Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə hücumlarının intensivləşməsi, o cümlədən Sankt-Peterburq ətrafında baş verən son hücumlar nəticəsində mülki əhali arasında itkilərin artmasından ciddi narahatdır.
BMT-də, həmçinin Ukraynanın bu cür hərəkətlərinin beynəlxalq humanitar hüququ pozduğunu qeyd ediblər.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Ukraynanın raket və pilotsuz uçuş aparatları ilə Rusiyanı məğlub etmək cəhdlərini avantüra adlandırıb. Onun sözlərinə görə, Ukrayna rəsmilərinin bəyan etdiklərinin əksinə olaraq, bu hücumlar cəbhədə vəziyyətdə əsaslı dönüş yaratmayıb. Putin əlavə edib ki, Rusiya buna cavab olaraq Ukraynadakı müəssisələrə zərbələri artırıb.
21:25 19.10.2026
Oxunuş sayı: 66