Trampın reytinqi rekord həddə gerilədi
ABŞ Prezidenti Donald Trampın ictimai dəstək səviyyəsi 33 faizə enib. Bu, onun hər iki prezidentlik dövrü üzrə qeydə alınan ən aşağı göstəricidir.
Crossmedia.az xəbər verir ki, “The Washington Post”, ABC News və Ipsos tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, Trampın reytinqinin azalması fonunda Respublikaçılar Partiyası aralıq seçkilər ərəfəsində təzyiqlərlə üzləşir.
Sorğunun nəticələri prezidentin ictimai dəstəyinin əvvəlki səviyyələrlə müqayisədə zəiflədiyini göstərir.
19:23 19.10.2026
Oxunuş sayı: 50