OpenAI-nin keçmiş əməkdaşı gizli səs yazısı aparmaqda şübhəli bilinir
OpenAI” şirkətinin keçmiş mühəndisi Əbdülrəhman Əlfozanın şirkətin rəhbər şəxslərinin görüş keçirdiyi otaqda gizli səsyazma cihazı yerləşdirərək qabaqcıl süni intellekt texnologiyaları ilə bağlı məxfi müzakirələri qeydə almağa çalışdığı iddia olunur.
Crossmedia.az bu barədə "Reuters"ə istinadən xəbər verir ki, məhkəmə sənədlərində Əlfozanın Səudiyyə Ərəbistanı kral ailəsinin bir üzvü ilə mütəmadi əlaqə saxladığı qeyd olunur.
Məlumata əsasən, Səudiyyə Ərəbistanının hərbi qulluqçularından biri onun ailəsinin ölkəyə qayıtması üçün xərcləri ödəyib.
Səudiyyə Ərəbistanı rəsmiləri məsələ ilə bağlı hələlik açıqlama verməyiblər.
19:10 19.10.2026
Oxunuş sayı: 49