Tramp Netanyahunu dəstəkləyib: Sən mənim yanımda olmasını istədiyim adamsan
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya dəstəyini ifadə edərək onun böyük qələbə qazanacağına inandığını bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp Netanyahuya bu fikirləri telefon danışığı zamanı bildirib.
Tramp Netanyahunu “Bibi” deyə çağıraraq belə deyib:
“Düşünürəm ki, sən möhtəşəm qələbə qazanacaqsan. Bibi, sən mənim yanımda olmasını istədiyim adamsan. Sən böyük döyüşçüsən və bunu sübut edəcəyik. Çox yaxında bunu sübut edəcəyik”.
21:09 19.10.2026
Oxunuş sayı: 58