Azərbaycan Basketbol Liqasının III turunda "Sabah" NTD-yə qalib gəlib
Azərbaycan Basketbol Liqasında III turun daha bir oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, günün yeganə matçında NTD ilə qarşılaşan son çempion "Sabah" qələbə qazanıb - 100:75.
Qarşılaşma Milli Gimnastika Arenasında keçirilib.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Naxçıvan" "Gəncə"ni (72:70), "Neftçi" "Sumqayıt"ı (86:69) məğlub edib. "LANDAU Lions" - "Ordu" matçı qeyri-müəyyən müddətə təxirə salınıb.
20:46 19.10.2026
Oxunuş sayı: 49