Qətər Livanda iki böyük qaz elektrik stansiyası tikməyi planlaşdırır
Qətər üç il ərzində Livanda ümumi gücü 1 650 MVt olan iki qaz elektrik stansiyası tikməyi və ölkəyə 20 il müddətinə mayeləşdirilmiş təbii qaz tədarükü barədə saziş imzalamağı təklif edir.
Crossmedia.az bu barədə "Reuters"ə istinadən xəbər verir ki, təşəbbüs Livanın böhran yaşayan elektrik enerjisi sektorunun bərpasına yönəlib.
Təklifə, həmçinin 800 MVt gücündə günəş enerjisi, 440 MVt külək enerjisi layihələri, batareya enerji saxlama sistemləri və Suriyadan elektrik enerjisi idxalı daxildir.
Layihənin əsas məqsədi Livan dövlət büdcəsindən ilkin vəsait ayrılmadan özəl investisiyaları cəlb etməkdir. Bununla belə, təşəbbüsün həyata keçirilməsi üçün hər iki ölkənin hökumətinin razılığı tələb olunur.
18:53 19.10.2026
Oxunuş sayı: 54