Rusiyaya qarşı böyük sanksiya paketi hazırlanır
Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas payızda Rusiyaya qarşı müharibənin əvvəlindən bəri ən geniş sanksiya paketini təqdim etməyi planlaşdırdığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə Kallasın Almaniyanın "Die Welt" qəzetinə açıqlamasına istinadən məlumat yayıb.
Kallasın sözlərinə görə, yeni məhdudiyyətlər qəbul edilərsə, sanksiya tətbiq olunan Rusiya fiziki və hüquqi şəxslərinin sayı dərhal üçdə bir qədər artacaq.
O bildirib ki, Aİ-nin indiyədək tətbiq etdiyi sanksiyalar Rusiyaya ciddi iqtisadi zərər vurub və ölkənin hərbi maşınına 1 trilyon avrodan çox itkiyə səbəb olub.
Kallas vurğulayıb ki, Moskva Ukraynadakı müharibəni dayandırana qədər Rusiyaya təzyiq artırılmalıdır.
11:15 17.08.2026
Oxunuş sayı: 47