Səhiyyə

Profilaktik tibbi yardım xəstəliklərin erkən mərhələdə aşkar olunması və qarşısının alınması məqsədilə həyata keçirilən tədbirləri əhatə edir. Mütəmadi tibbi müayinələr və yoxlamalar sağlamlığın uzun müddət qorunmasına və xəstəlik risklərinin azalmasına kömək edir. Bu yardımlar insanların həyat keyfiyyətini artıraraq daha sağlam bir həyat sürmələrinə imkan yaradır. Profilaktik tədbirlərin tətbiqi, xəstəliklərin müalicə xərclərini də azaldır və cəmiyyətin ümumi sağlamlıq səviyyəsini yüksəldir. Sağlamlığın qorunması və həyatın keyfiyyətinin artırılması üçün profilaktik tibbi yardımların əhəmiyyəti böyükdür.

Məsələ ilə bağlı həkim Adil Qeybulla Crossmedia.az-a şərhində bildirib:

“Bütün tibbi yoxlamalar profilaktik istiqamətdə protokollar üzrə aparılır. Ayrı-ayrı insanlarda mövcud olan irsi xəstəliklər və xəstəliyə meyillilik halları nəzərə alınaraq mütəmadi olaraq müxtəlif xəstəliklərin yoxlanılması həyata keçirilir. Bu, monitorinqdir. Bəzi hallarda isə, xüsusən onkoloji xəstələrdə, xəstəliyin vəziyyəti və statusu ankomarkerlərin miqdarı ilə müəyyən edilir. Bu zaman uyğun monitorinq aparılır. Yəni profilaktik müayinələrin nə vaxt və necə aparılması klinik protokollarla müəyyən edilir. Hər bir şəxsin müayinəsi fərdi şəkildə, orqanizmində baş verən patoloji proseslərə uyğun aparılır. Profilaktik təbabətin çox böyük əhəmiyyəti var. Bu, bəzi xəstəliklərin vaxtında qarşısının alınmasına, səhiyyədə əlavə xərclərin yaranmamasına və genofondun qorunmasına xidmət edir”.

Samirə Kərimli

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il