Səhiyyə

Narsizm özünə həddindən artıq sevgi və empatiya çatışmazlığı ilə xarakterizə olunan şəxsiyyət pozuntusudur. Narsizm və onun sosial münasibətlərə təsiri necədir?

Crossmedia.az-ın bu sualını psixoloq Sibel Piriyeva belə cavablandırıb:

"Narsist - bir şəxsiyyət pozuntusudur. Normal şəxsiyyət sağlam düşüncəyə sahib olur, özünü idarə edə bilir və emosional olaraq insanlarla empatiya qura bilir. Anlayır və başa düşür, lakin narsistlər bunu bacarmırlar. Onlarda çox sayda düşüncə xətası və davranışlarda tutarsızlıq, nizamsızlıq, dəyişkənlik görünür. Empatiya qura bilmədikləri üçün bu, şəxsiyyət pozuntusu kimi qəbul edilir.

Niyə "narsist şəxsiyyət pozuntusu" adlanır? Çünki “narsis” sözü bir rəvayətdən gəlir. Rəvayətə görə, Eko adlı bir pəri bir ovçuya aşiq olur, amma onun sevgisinə qarşılıq ala bilmir və buna görə də əziyyət çəkir. Bir gün həmin ovçu göldə öz əksini görüb ona vurulur, öz gözəlliyinə aşiq olaraq həyatını itirir. Buradan "narsis" sözü, yəni özünü həddindən artıq sevən anlamı yaranır.

Narsistlər eqosentrik insanlardan fərqlidir; özlərini xüsusi və seçilmiş hesab edirlər. Cəmiyyətdə bu cür insanların sosial münasibətlərə təsiri mənfi olur və çox vaxt manipulyasiya metodlarından istifadə edirlər. Onlar əvvəlcə insana dəyər verirmiş kimi göstərərək psixoloji manipulyasiya edir, daha sonra həmin insanın özünə güvənini sarsıdıb, mənəvi alçaldıcı hərəkətlərlə özlərini üstün göstərməyə çalışırlar. Belə davranış narsistlər üçün mənəvi bir zövq mənbəyidir.

Onların digər xüsusiyyətləri arasında səhvlərini boynuna almamaq, həmişə haqlı olduqlarını düşünmək və başqalarını günahlandırmaq da var. Bu xüsusiyyətlər sosial münasibətlərə mənfi təsir göstərir və ətrafdakı insanlarda güvənsizlik, təcrid və özünə sevginin azalması ilə nəticələnir. Bu vəziyyətin səbəbi narsistin özündəki güvənsizlik və dəyərsizlik hisslərini ört-basdır etmək istəyidir.

Narsistlər yalnız kişilər deyil, qadınlar arasında da mövcuddur. Onlardan uzaq durmaq vacibdir, çünki bu şəxslər toksik insanlar sayılır".

Nərgiz Orucova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il