Gündəm

“Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Mərkəzin nizamnamə fondunun məbləği 1 000 000 manatdır. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. Mərkəz öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.

Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

Mərkəzin rəsmi adı aşağıdakı kimidir: tam halda - Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi, qısaldılmış halda – TZİM.

Mərkəz Bakı şəhərində yerləşir.

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

-Zonaların fəaliyyətinin təşkili, idarə olunması, inkişafı və təşviqi ilə bağlı tədbirlər görmək;

- Zonaların rezidentlərinin və qeyri-rezidentlərinin fəaliyyətinin Nümunəvi Əsasnamənin tələblərinə uyğun təşkili ilə bağlı tədbirlər görmək;

- müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Agentliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsində iştirak etmək;

- müvafiq sahədə dövlət-özəl sektor tərəfdaşlığının inkişafını stimullaşdırmaq;

- Nümunəvi Əsasnamə ilə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

Mərkəz öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

Mərkəzin idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur.

Şura Mərkəzə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

Bu Nizamnamə ilə müəyyən edilən hallar istisna olmaqla, Mərkəzin fəaliyyəti ilə bağlı məsələlərə dair qərar qəbul etməkdə Şura
müstəqildir.

Şura sədr və onun iki müavini daxil olmaqla, 5 (beş) üzvdən ibarətdir.

Şuranın üzvlərini Agentliyin sədri vəzifəyə təyin və vəzifədən azad edir.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il