Gündəm

Hazırda Azərbaycan nümayəndə heyətinin diqqəti COP29-dadır və dekabrdan əvvəl Ermənistan tərəfi ilə görüş mümkün deyil.

Crossmedia.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, belə bir görüşün dekabr və ya yanvar ayında olması sonrakı məsələdir:

“Hələlik bununla bağlı hər hansı konkret razılaşma yoxdur”, - o deyib.

C.Bayramov erməni tərəfinin iki ölkə arasında kommunikasiyaların açılması ilə bağlı bəyanatlarına cavab olaraq xatırladıb ki, bu, yeni mövzu deyil.

“2020-ci il Üçtərəfli bəyanatda buna dair xüsusi bənd mövcuddur. Orada Ermənistanın üzərinə götürdüyü öhdəliklər var. Mövzu uzun müddətdir müzakirə predmetidir. Üç il yarım müzakirələrdən sonra "razılıq əldə olunub" sözü hesab edirik ki, gecikmiş sözdür. Bu razılıq çoxdan əldə olunmalı idi”, - o deyib.

XİN rəhbəri bildirib ki, əgər bununla bağlı elanlar yoxdursa, rəsmi sənəd yoxdursa, Ermənistan tərəfindən bu istiqamətdə heç bir işə başlanmayıbsa, deməli, hələ də açıq məsələlər mövcuddur:

“Azərbaycan öz ərazisində nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı artıq uzun müddətdir işləri sürətlə aparır və həmin infrastruktur Ermənistanla sərhədə kimi yaxın zamanda çatdırılacaq”.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il