Gündəm

Hazırda Çindən Avropaya yerüstü daşımaların 80 faizindən çoxu Qazaxıstandan keçərək həyata keçirilir. AZƏRTAC Qazaxıstan Hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Şanxayda Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə Çin Dövlət Şurasının Baş naziri Li Çian arasında keçirilən görüşdə qeyd olunub.

Bildirilib ki, Qazaxıstan “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsində maraqlıdır. Oljas Bektenov vurğulayıb ki, bu qlobal layihə Qazaxıstan ərazisindən keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yanaşı, “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin potensialını üzə çıxarmağa qadirdir.

Qazaxıstan tərəfinin məlumatına görə, bu ilin 9 ayı ərzində Orta Dəhliz üzrə daşımaların həcmi bütün ötən ilin göstəricilərini 23 faiz üstələyərək 3,4 milyon ton təşkil edib. 2030-cu ilədək yükdaşımaların həcminin ildə 10 milyon tona çatdırılması planlaşdırılır.

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il