Gündəm

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsi və bp Eksploreyşn (Kaspian Si) Limited şirkətinin nümayəndələri arasında SOCAR-ın təhlükəsizlik idarəsində xidməti müşavirə keçirilib.

Crossmedia.az Agentliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, müşavirə zamanı Azərbaycanın enerji təhlükəsizliyində rolu, şaxələnmiş boru kəmərlərinin iqtisadi əhəmiyyəti, Azərbaycan Respublikasının quru ərazisindən keçən ixrac boru kəmərlərinin və onların yerüstü obyektlərinin təhlükəsizliyinin təmini, kəmərlərin dəhlizində baş verə biləcək mümkün hadisələrin vaxtında qarşısının alınması, eləcə də təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, mövcud risklərin azaldılması mövzusunda müzakirələr aparılıb. Müşavirənin yekunu olaraq tapşırıqlar və tövsiyələr protokollaşdırılıb.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il