Gündəm

Prokurorluq binalarında karbon izlərini azaltmaq və ekoloji cəhətdən təmiz təşəbbüsləri təşviq etmək etmək məqsədilə işlər görülüb.

Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq- mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.

Bu yaxınlarda açılmış prokurorluq binalarında karbon izlərini azaltmaq və ekoloji cəhətdən təmiz təşəbbüsləri təşviq etmək öhdəliyimizi nümayiş etdirən inteqrasiya olunmuş günəş panelləri və elektrik avtomobilləri var.

Prokurorluq Azərbaycanın ərazilərinin bərpasından sonra işğaldan azad edilən ərazilərdə 30 ilə yaxın işğal zamanı törədilmiş ekoloji cinayətləri istintaq edir. Ekoloji pozuntulara hüquqi qiymət verilməsi və meşəbərpa kampaniyalarının başlanması istiqamətində işlər davam etdirilir.

İqlimlə bağlı fəaliyyətin inkişafı ilə bağlı Azərbaycan Prokurorluğunun öhdəliklərindən bəhs edən Kamran Əliyev bildirib ki: “Elektrikli avtomobil parkımızı 30-a qədər artıraraq, karbon izimizi əhəmiyyətli dərəcədə azaldırıq, bundan əlavə, inzibati binalarımızı enerji ilə təmin etmək üçün günəş və külək enerjisindən istifadə etməyə davam edəcəyik.”

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il