Gündəm

Son illərdə dünya miqyasında geopolitik gərginliklərin artması Cənubi Qafqazda təhlükəsizlik məsələlərini ön plana çıxarıb. Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsindəki xərclərinin artması, regiondakı risklərin və təhdidlərin dərinləşdiyini göstərir. 

Mövzu ilə bağlı hərbi ekspert Elxan Şıxəliyev Crossmedia.az-a açıqlamasında müdafiə və təhlükəsizlik xərclərinin artırılmasının gözlənilən qərar olduğunu bildirib:

"Adətən müdafiə və təhlükəsizlik xərclərinin artmasına müdafiə doktrinası və təhlükəsizlik konsepsiyasını təhdid edən risklərin artması səbəb olur. Bizim coğrafiyada hələ də Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmaması müdafiə təhlükəsizlik xərclərinin artmasına səbəb olan faktlardandır. 3-cü müharibə riski, Ermənistanın davranışları bu ehtimalları yaradır. Xüsusəndə bizim coğrafiyada 3-cü müharibənin olması üçün maraqlı olan qüvvələr var. ABŞ-nin, Avropa İttifaqının Cənubi Qafqazda Rusiyaya qarşı bir cəbhə açaraq Ermənistanı öz çətri altına alması faktlarını görürük. Ermənistan sürətlə silahlanır. Ermənistanda da müdafiə xərclərinin 2025-ci ildə 20% artıralacağı gözlənir. O, büdcəsini keçən il 46% bunu 1,7 milyarda çatdırdı. Bu silahlanma Azərbaycana qarşı mümkün ola biləcək təhdiddir. Ona görə də Azərbaycanın 2025-ci ildə nəzərdə tutduğu büdcənin artırılması həm müdafiə doktrinasının güclənməsində, həm də təhlükəsizlik konsepsiyasının gücləndirilməsində əsas amil olacaq".

Ekspert hərbi gücün artırılmasının çəkindirici faktor kimi qiymətləndirildiyini bildirib: 

"Ermənistanı cəsarətləndirən qüvvələr var. Onlar Azərbaycanın hərbi gücünü qiymətləndirərək Bakı və İrəvan münasibətlərinin gələcəkdə Cənubi Qafqazda necə olacağını əsaslandırırlar. Azərbaycanın qəbul etdiyi qərar doğru qərardır. Coğrafiyada suverenliyimizi və müstəqilliyimizi yalnız güclü silahlı qüvvələrlə təmin edə biləcəyik. Çünki artıq beynəlxalq hüquq işləmir, gücün hüququ işləyir. Hansı dövlətlər güclüdürlərsə, o dövlətlər də öz təhlükəsizliklərini təmin edə bilirlər".

Ekspert sonda konfliktlərin artdığı bir dövrə keçdiyimiz üçün müharibə istəməyən ölkələrin güclü ordulara malik olmalarının vacibliyini vurğulayıb.

Banuçiçək Kalbalıyeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il