5 saylı Bakı DOST Mərkəzinin əməkdaşları 8 Noyabr - Zəfər Günü münasibətilə şəhid Rüstəm Rüstəmovun valideyni, evdə (səyyar) sosial xidmət göstərilən Zemfira Rüstəmovanı evində ziyarət ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST agentliyi)tərəfindən məlumat paylaşılıb.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğu, şəhid ailələrinin dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığı qeyd edilib. Şəhid Rüstəm Rüstəmovun keçdiyi döyüş yolu xatırlanıb, göstərdiyi igidliklərdən bəhs olunub.
Zemfira xanım ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, DOST Agentliyinin rəhbərliyi və bütün əməkdaşlarına təşəkkürünü bildirib.