Avropa

Avropa Birliyinin Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının iclasındakı bəyanatında İranın nüvə proqramının inkişafını tənqid etməklə yanaşı, Tehranın nüvə silahı əldə etməsinə mane olmağın bu İttifaqın “əsas təhlükəsizlik prioriteti” olduğu vurğulanıb.

Crossmedia.az xəbər verir ki, noyabrın 21-də təqdim olunan bu bəyanatda Avropa İttifaqı Agentliyin baş direktorunun hesabatını və bu beynəlxalq qurumun texniki və müstəqil çalışmalarını yüksək qiymətləndirib. 

Avropa İttifaqına üzv dövlətlərlə yanaşı, Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Moldova və Bosniya və Herseqovina ölkələri, həmçinin Assosiasiyanın üzvü olan dövlətlər  Avropa Azad Ticarət Assosiasiyası (İslandiya, Lixtenşteyn və Norveç) və Monako və San Marino bu bəyanatı dəstəkləyib.

Avropa İttifaqı bəyan edib ki, son beş ildə İranın nüvə proqramının inkişafı, xüsusilə zənginləşdirilmiş uranın 60% səviyyəsinə qədər yığılması və minlərlə qabaqcıl sentrifuqanın quraşdırılması narahatlıq doğurur. 

Avropa Birliyi İranın geri dönməz nüvə bilikləri əldə etdiyini də vurğulayıb. 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il