CROSSMEDIA - Analitik İnformasiya Portalı

Cəmiyyət

14:33 16.09.2026

Diplomatların Qarabağ səfəri Ermənistanda narazılıq yaratdı – Bakıdan sərt mesaj

41

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb. Səfər çərçivəsində diplomatlar işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, sosial-iqtisadi infrastruktur layihələri və tarixi-mədəni irsin qorunması istiqamətində görülən tədbirlərlə yerində tanış olublar. Səfər zamanı bölgədəki tarixi və dini abidələrə baxış keçirilib, bu irsə edilmiş müdaxilə və dəyişikliklərlə bağlı məlumatlar təqdim olunub. Səfərin yekunları fonunda Ermənistan tərəfindən səsləndirilən bəzi açıqlamalar isə Azərbaycan tərəfindən qəbuledilməz və sülh prosesinə zidd mövqe kimi qiymətləndirilib. Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Zaur Şükürov bildirib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzurda ikigünlük səfəri başa çatıb: “Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin nəticələri, regionun sosial-iqtisadi inkişafı, eləcə də tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərlə yerində tanış olmaq imkanı yaradır.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR