Tramp Kim Çen In ilə çox yaxşı yola getdiyini bildirib
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla münasibətləri barədə açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Tramp “Truth Social” hesabında yazdığına görə, görüntülərə baxmayaraq, onun Kim Çen Inla münasibətləri yaxşıdır.
“Bu fotoda mehriban olmayan görüntü olsa da, bizim gülümsədiyimiz çoxlu başqa fotolar var. Kim Çen In və mən ÇOX YAXŞI yola gedirik!”, – deyə Tramp bildirib.
Qeyd edək ki, Tramp və Kim Çen In daha əvvəl bir neçə dəfə görüşərək Şimali Koreyanın nüvə proqramı və ikitərəfli münasibətləri müzakirə ediblər.
22:33 15.08.2026
Oxunuş sayı: 44