ABŞ-də 17 yaşlı gənc ailəsini öldürmək ssenarilərini ChatGPT ilə müzakirə edib
ABŞ-də 17 yaşlı yeniyetmə anası və qardaşının qətli ilə bağlı ittiham olunur.
Crossmedia.az “The Guardian” nəşrinə istinadən xəbər verir.
İstintaqın iddiasına əsasən, yeniyetmə ChatGPT-dən istifadə edərək ailə üzvlərinin öldürülməsi ssenarilərini əks etdirən uydurma qotik hekayələr hazırlayıb. Bildirilir ki, o, müxtəlif obrazlar yaradıb və fərqli hadisələrin nəticələri barədə suallar verib.
Məlumata görə, daha sonra Massaçusets ştatında ailənin yaşadığı evdə 45 yaşlı ana və 14 yaşlı qardaş ölü vəziyyətdə tapılıb. Onların üzərində zorakılıq əlamətləri olduğu bildirilib.
Yeniyetmə hadisə yerindən təxminən 20 kilometr aralıda anasına məxsus avtomobildə saxlanılıb.
Ona iki qətl maddəsi və bir sıra digər cinayətlərlə bağlı ittiham irəli sürülüb. Yeniyetmə isə ittihamları qəbul etməyib.
03:38 16.08.2026
Oxunuş sayı: 46