Yeni səhifə açaq — Taliban ABŞ-yə müraciət etdi
Əfqanıstanın Taliban hakimiyyəti ABŞ-yə Kabildəki səfirliyinə diplomatlarını geri qaytarmaq və ölkənin iqtisadi inkişafına investisiya yatırmaq çağırışı edib.
Crossmedia.az “The New York Times”a istinadən xəbər verir ki, Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttəqi bildirib ki, Kabil Vaşinqtonla münasibətlərdə yeni mərhələyə keçmək istəyir.
“Biz hesab edirik ki, müharibə səhifəsi artıq bağlanıb. İndi isə qarşılıqlı hörmətə əsaslanan münasibətlər və müsbət əməkdaşlığın yeni mərhələsini istəyirik. ABŞ səfirliyini yenidən aça, diplomatik mövcudluğunu bərpa edə və investisiyalar həyata keçirə bilər”, – deyə Muttəqi bildirib.
Taliban rəsmisi qeyd edib ki, Əfqanıstan beynəlxalq əlaqələrin inkişafında yeni mərhələni hədəfləyir.
21:54 15.08.2026
Oxunuş sayı: 41