Rusiya XİN-dən ABŞ və Türkiyəyə çağırış: Hələ gec deyil
Rusiya Xarici İşlər Nazirliyi ABŞ və Türkiyədən Ukraynaya silah tədarükü ilə bağlı planlara dair izahat tələb edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Rusiya XİN bildirib ki, Vaşinqton və Ankara vəziyyəti yenidən qiymətləndirmək üçün hələ imkan sahibidir. Nazirlik qeyd edib ki, Ukraynaya yeni silahların verilməsi ölkələrarası münasibətlərə mənfi təsir göstərə bilər.
Açıqlamada vurğulanıb ki, Ukrayna Silahlı Qüvvələrinin yeni silahlarla təchiz olunması münaqişənin gedişinə təsir etməyəcək.
Rusiya, həmçinin Türkiyənin sülh təşəbbüslərindən danışarkən eyni zamanda Ukraynaya silah dəstəyi verməsinin etimadı zəiflətdiyini iddia edib.
Rusiya XİN Vaşinqton və Ankaranın Kiyevə hərbi dəstəyi artırmaq qərarının səbəblərinin aydın olmadığını bildirib və bu addımın münaqişənin uzanmasına gətirib çıxara biləcəyini qeyd edib.
19:40 15.08.2026
Oxunuş sayı: 41